16 aprel 2023-cü il tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 86 mərkəzdə keçirilən müsabiqənin nəticələrini 26 aprel tarixindən etibarən ttm.edu.az saytında şəxsi kabinetinizdən əldə edə bilərsiniz.

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Nəticələrə əsasən, I, II və III yerlərin qalibləri diplom və medal ilə təltif ediləcək, digər şagirdlərə isə iştirak sertifikatı təqdim olunacaq.

Bənzər yazılar