Dərc olunub: 12.05.2023

 

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Selçuk Universitetinin nəzdindəki Konya Texnoparkı (Konya Teknokent) və Pakistanın Quaid-i-Azam və İslamabad Vəqf universitetləri arasında anlaşma memorandumları imzalanıb.

AzTU-dan bildirilib ki, Türkiyə və Pakistan ali təhsil müəssisələri ilə imzalanmış memorandumlarda tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat və innovasiya fəaliyyətində universitetlərin mövcud potensial və resurslarından birgə istifadə, habelə universitet-sənaye işbirliyinin inkişafı öz əksini tapıb.

Bənzər yazılar