Milli Məclisdə kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklif olunub.

Mektebgushesi.az -ın məlumatına görə, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O qeyd edib ki, hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır, amma kollec tələbələrinə möhlət verilmir.

“Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Bu məsələyə ən azı növbəti illərdə baxaq”, – deyə deputat bildirib.

Bənzər yazılar