Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı seminar təşkil olunub.

Seminarda fakültənin dekan müavini Şamo Cəbrayılov, kafedra müdiri Fərhad Mirzəyev, müəllim Reyhan Yusifqızı, fakültənin könüllüləri və tələbələri iştirak ediblər.

Çıxış edən Reyhan Yusifqızı “Qeyri-səlis məntiq nəzəriyyəsi nədir?”, “Lütfi Zadə dünyaya nəyi bəxş etmişdir?” kimi mövzularda çıxış edib, tələbələrin suallarını cavablandırıb.

 

Bənzər yazılar