Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Süni İntellekt: neyrolinqvistik proqramlaşdırma” mövzusunda seminar keçirilib.

mektebgushesi.az  xəbər verir ki, BMU-nun müəlim və tələbələrinin iştirakı ilə keçirilən seminarda “Azerconnect” MMC-nin əməkdaşları Natiq Məmişli və Nicat Zeynalov çıxış ediblər.

Çıxışlarda proqnozlaşdırılan modellərin avtomatlaşdırılmasında süni intellektin rolu, süni intellekt sistemlərinin tədqiqi, layihələndirilməsi, qurulması, dizaynı və tətbiqi, neyrolinqvistik proqramlaşdırma (NLP) və s. barədə ətraflı məlumat verilib. Həmçinin data məlumatların toplanması, emalı, istifadəsi, klasterləşdirmə, alqoritmlərin yazılması, kodlaşdırmanın tətbiqi ilə bağlı məsələlər konkret nümunələr üzərindən tələbələrə nümayiş etdirilib və izah olunub.

Auditoriya ilə interaktiv formatda keçirilən seminarda  “Azerconnect” əməkdaşları tələbələri maraqlandıran suallara aydınlıq gətiriblər.

Bənzər yazılar