May ayının 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə tələbələrinin maarifləndirilməsi məqsədilə görüş keçirilib.

Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbir iştirakçılarını salamlayaraq görüşün məqsədi və tələbələr üçün əhəmiyyətindən danışıb.

Elm və Təhsil nazirliyinin əməkdaşları Aysel Baxşəlizadə, Həmid Qasımov, İlkin Mehdiyev  və Xalidə Hüseynzadə tələbələrə nazirliyin elektron xidmətləri barədə məlumat veriblər. Bununla yanaşı, elektron xidmətlərdən istifadə qaydası barədə təqdimat nümayiş olunub, elektron təhsil xidmətləri və elektron müraciət portalı haqqında geniş məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar