Bakının 132-134 nömrəli Təhsil Kompleksinin məzunu Ziya Babayev dünyanın 9 universitetindən dəvət məktubu alaraq bu ali təhsil müəssisələrində bakalavr təhsili almaq hüququ qazanıb.

Bu universitetlər arasında İngiltərənin London İmperial Kolleci, Kinqston Universiteti, Mançester Universiteti, Türkiyənin Bahçeşehir Universiteti, Özyeğin Universiteti, Yeditepe Universiteti, Biruni Universiteti, İstinye Universiteti, Sabancı Universiteti yer alıb.

Qeyd edək ki, Ziya Babayev 17 avqust 2006-cı ildə Bakı şəhərində anadan olub. 2012-ci ildən Bakının 132-134 nömrəli Təhsil Kompleksində təhsil alıb, 2023-cü ildə bu məktəbi bitirib.

Bənzər yazılar