Təhsil ictimaiyyəti müəllimlərin sertifikatlaşdırılması prosesini müzakirə edir.

İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günündə birinci seans başa çatıb.

Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

Mektebgushesi.az-ın xəbərinə görə, respublika üzrə ilk günün birinci seansının ən yüksək nəticəsi 59 bal olub.

Nəticənin sahibi Şəki rayonu Çeşməli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Bəkirova Aygün Kərəm qızıdır.

Bənzər yazılar