Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib.

Təhsil İnstitutundan  bildirilib ki, 5 məktəbli ilə təmsil olunan komandamız yarışda uğurla çıxış edərək 1 gümüş medal, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Uğur Əzim bürünc medala, Quba rayonu Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, məktəblilərimiz 2018-ci ildən etibarən iştirak edirlər və bu günə kimi 2 gümüş medal, 9 bürünc medal və 6 həvəsləndirici mükafat əldə ediblər.

Bənzər yazılar