“Builki sertifikatlaşma nəticələrinə müvafiq olaraq müəllimlərə artımlar ödəniləcək”.

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Prezident İlham Əliyevin ötən il imzaladığı fərmana müvafiq olaraq, təhsilverənlərin sertifikatlaşması prosesindən uğurla keçən müəllimlərin əməkhaqqına əlavələr şamil olunur.

Direktorun sözlərinə görə, 30-50 bal arası nəticə toplamış müəllimlərin əməkhaqqına hər ay 10%-lik əlavələr ödənilir:

“Ötən ilki nəticələrə müvafiq olaraq, sentyabr ayından etibarən 5 min 600 dan çox müəllim hər ay əməkhaqqına 10%-lik əlavə pul alır. 51 bal və daha yüksək nəticə toplamış müəllimlər isə hər ay əməkhaqqına 35%-lik əlavələr alır və bu müəllimlərimizin sayı sentyabrdan bəri 3 min 100 dən çoxdur”.

Direktor həmçinin bildirib ki, qanunvericiliyə uyğun olaraq, nəticələr müəllimlərin şəxsi səhifələrinə göndərildikdən sonra bir ay müddətinə onların apellyasiyaya müraciət etmək imkanları yaranır.

O, bu imkanların bu il bir qədər də yaxşılaşdırıldığını söyləyib: “Müəllimləri narahat edən istər prosesin təşkili ilə bağlı, istər texniki imkanlar və ya məzmunla bağlı hər hansı bir məqamlar olarsa bu barədə bizə müraciət edə bilərlər”.

Bənzər yazılar