Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinq Siyahısı 2024-cü il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasını” nı açıqlayıb. QS Dünya Universitetlərinin Reytinq Sıralaması 9 göstərici əsasında müəyyən edilir. Bu göstəricilər arasında ən yenilərindən biri “Məşğulluq” göstəricisinə aiddir. Bu göstəriciyə görə ADNSU dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir.

Builki reytinqdə 104 ölkədən 2963 ən yaxşı universitet iştirak edib. Bu universitetlər arasında 1499 universitet yüksək nəticələr əldə edərək QS Dünya Universitetlərinin Reytinq Sıralamasına daxil olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu il ilk dəfə olaraq QS Dünya Universitetlərinin Reytinq Sıralamasında 1201-1400-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, 2023-cü ildə ötən illərlə müqayisədə ADNSU-nun professor-müəllim heyətinin SCOPUS bazasında məqalələrinə istinadların sayı xeyli artıb. ADNSU-nun müəllimlərinin məqalələri yüksək impakt faktorlu Q3 və Q4 kvartile jurnallarında dərc olunub. Bunu ADNSU-da elmi tədqiqatlar sahəsində beynəlmiləlləşmənin bariz nümunəsi hesab etmək olar.

Bənzər yazılar