İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində (2-16 iyul) iştirak etmiş Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
Tələbələrə salamlayan rektor Yay məktəbinin uğurla başa çatması münasibətilə onları təbrik edib, yay məktəbinin təşkili və gedişatı ilə bağlı çıxış edib. Daha sonra tələbələr və müəllimlər səfərlə bağlı öz təəssüratlarını bölüşüblər.
Ümumilikdə 40 nəfər UFAZ tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak edib. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda Strasburq Universitetinin yer elmləri, geofizika, kimya üzrə müxtəlif elmi-tədris laboratoriyalarında dərslər daxil olub. Proqramın mədəni hissəsində tələbələr yerli muzeylər, Avropa Şurasına və Strasburqun mədəni-tarixi obyektlərinə baş çəkiblər. Yay məktəbində iştirak edən tələbələr təhsil müddətində akademik göstəricilərinə görə seçilirlər.

Bənzər yazılar