Bakı Dövlət Universitetinin (BDU) magistraturasına qəbul olmuş şəxslərdən 623-ü elektron qeydiyyatdan keçib.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, qeydiyyat iyulun 31-dək davam edəcək. Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir:

1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi və ya bakalavriat səviyyəsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün);

2.İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün).

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 539 06 71

Bənzər yazılar