İyulun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və onun rəhbərlik etdiyi sahibkarlarla görüşüb.

Mektebgushesi.az xəbər verir ki, qonaqları salamlayan rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU ilə istehsalat müəssisələri arasındakı əlaqələrdən danışıb.

Qeyd edib ki, universitetin sənaye müəssisələri ilə əlaqələrinin qurulması və inkişafı əsas məqsədlərdən biridir. KOB Subyektləri və Klublarının Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən dosent Vazeh Əskərov ADNSU tələbələrinin uğurlu təcrübə keçməsində və daimi işlə təmin olunmasında, digər perspektiv layihələrin icrasında Assosiasiya ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirən KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova əməkdaşlıq çərçivəsində görüləcək işlərdən danışıb və tələbələrin şirkətdə təcrübə keçməsi və işlə təmin olunmasında, startap ideyalarının uğurlu biznesə çevrilməsində və digər bu kimi layihələrin gerçəkləşməsində hər zaman dəstək olacaqlarını bildirib.

Bənzər yazılar