Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin iştirakı ilə təşkil olunan geofizika üzrə beynəlxalq sahə düşərgəsi iyulun 30-da başa çatacaq.

Bu barədə UFAZ-dan məlumat verilib.

Sahə düşərgəsində ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanı Kral Fəhd Neft və Minerallar Universitetindən ümumilikdə 25 tələbə iştirak edir. Düşərgə Astara rayonunda qrunt sularının təsvirini çəkmək, sulu təbəqənin tutumunu və keyfiyyətini müəyyən etmək üçün suyun səviyyəsini və yeraltının heterogenliyini müəyyən etmək məqsədilə təşkil edilib.

Nəticələr UFAZ-da su təsərrüfatı mütəxəssisləri və geofiziklər qarşısında təqdim olunacaq.

Bənzər yazılar