İyulun 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən görüşdə bp şirkəti ilə ADNSU və UFAZ-ın əməkdaşlıq əlaqələri, o cümlədən ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Dosent Vazeh Əskərov ADNSU-da mövcud olan təhsil sistemi və UFAZ nümunəsi haqqında məlumat verərək bildirib ki, təhsil müəssisəsi olaraq şirkətlə əməkdaşlıqda maraqlıdırlar. Bp ilə ortaq təhsil layihələrin icrasında daha böyük uğurlar əldə olunacağına ümdivar olduğunu deyən dosent Vazeh Əskərov ADNSU-nun Vorvik Universiteti ilə birgə ikili diplom proqramının icra vəziyyəti haqqında məlumat verib və UFAZ nümunəsi olduğunu xatırladaraq bu layihənin də uğurlu olacağını bidirib.
Bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bir çox sosial layihələrin həyata keçməsinə, o cümlədən ADNSU və digər təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Şirkətin təhsil layihələri haqqında məlumat verən Bəxtiyar Alanbəyli ADNSU-nun Vorvik Universiteti ilə birgə ikili diplom proqramının icrasında maraqlı olduqlarını, həm də elmin, təhsilin inkişafına dəstək verən bir şirkət olaraq bu istiqamətdə əllərindəın gələni əsirgəməyəcəklərini deyib.

Bənzər yazılar