Dərc olunub: 02.08.2023

Bu gün 25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, SABAH Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş 21 elmi-tədqiqat laboratoriyası, 23 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının  genişləndirilməsində mühüm rol oynayır.

Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını, təhsildə innovasiya fəaliyyətinin, bilik və bacarıqlarının daim inkişaf etdirilməsini, praktiki vərdişlərə malik istedadlı mütəxəssislərin sayının artırılmasını, innovativ və dinamik təhsil proqramlarının tətbiq olunmasını, gənc tədqiqatçıların ölkəmizin iqtisadi və texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini əsas götürən BDU-da Tələbə yataqxanası, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi fəaliyyət göstərir. Artıq iki ildən çoxdur ki, tətbiq edilən “Code Academy” layihəsi çərçivəsində BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün şərait yaradılmışdır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın “BLACKBOARD” platformasının tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil pillələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üzrə “Statistika”, “Meliorasiya mühəndisliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları açılıb. “Statistika” ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, “Meliorasiya mühəndisliyi” ixtisası Coğrafiya, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

 

BDU-da 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

Geologiya fakültəsi

  • Geologiya
  • Geologiya və geofizika mühəndisliyi
  • Mədən mühəndisliyi
  • Meliorasiya mühəndisliyi

Coğrafiya fakültəsi

  • Coğrafiya
  • Coğrafiya müəllimliyi
  • Davamlı inkişafın idarə edilməsi
  • Geomatika və geodeziya mühəndisliyi
  • Hidrometeorologiya
  • Turizm işinin təşkili

Ekologiya və torpaqşünaslıq fakültəsi

  • Ekologiya
  • Torpaqşünaslıq və aqrokimya
  • Yerquruluşu və daşınmaz əmlakın kadastrı
  • Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
  • Kompüter elmləri
  • İnformatika müəllimliyi
  • İnformasiya təhlükəsizliyi

Mexanika-riyaziyyat fakültəsi

  • Riyaziyyat
  • Riyaziyyat müəllimliyi
  • Mexanika

Fizika fakültəsi

  • Fizika
  • Fizika müəllimliyi
  • Mühəndis fizikası

Kimya fakültəsi

  • Kimya
  • Kimya mühəndisliyi
  • Kimya müəllimliyi

Biologiya fakültəsi

  • Biologiya
  • Biologiya müəllimliyi
  • Su bioehtiyatları və akvabitkilər
  • Biotexnologiya
  • Bitki mühafizəsi
  • Qida mühəndisliyi

Hüquq fakültəsi

  • Hüquqşünaslıq

Jurnalistika fakültəsi

  • Jurnalistika

Filologiya fakültəsi

  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  • Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
  • Filologiya: alman dili və ədəbiyyatı
  • Filologiya: Azərbaycan dili və ədəbiyyatı
  • Filologiya: fransız dili və ədəbiyyatı
  • Filologiya: ingilis dili və ədəbiyyatı
  • Filologiya: rus dili və ədəbiyyatı

Sosial elmlər və psixologiya fakültəsi

  • Psixologiya
  • Sosiologiya
  • Sosial iş
  • Fəlsəfə
  • Təhsildə sosial-psixoloji xidmət
  • Korreksiyaedici təlim

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

  • Beynəlxalq münasibətlər
  • Dövlət və ictimai münasibətlər
  • Politologiya
  • İqtisadiyyat
  • Beynəlxalq ticarət və logistika
  • Maliyyə
  • Biznesin idarə edilməsi
  • Menecment
  • Statistika

Tarix fakültəsi

  • Tarix
  • Tarix müəllimliyi
  • Regionşünaslıq (Qafqaz üzrə)
  • Regionşünaslıq (Amerika üzrə)

İnformasiya və sənəd menecmenti fakültəsi

  • Kitabxanaçılıq və informasiya fəaliyyəti
  • Muzey, arxiv işi və abidələrin qorunması

Şərqşünaslıq fakültəsi

  • Filologiya: Ərəb  dili və ədəbiyyatı
  • Filologiya: Fars dili və ədəbiyyatı
  • Filologiya: Türk dili və ədəbiyyatı
  • Filologiya: Çin dili və ədəbiyyatı
  • Regionşünaslıq: Çin üzrə
  • Regionşünaslıq: Ərəb ölkələri üzrə
  • Regionşünaslıq: İran üzrə
  • Regionşünaslıq: İsrail üzrə
  • Regionşünaslıq: Koreya üzrə
  • Regionşünaslıq: Pakistan üzrə
  • Regionşünaslıq: Türkiyə üzrə
  • Regionşünaslıq: Yaponiya üzrə
  • Tərcümə (Ərəb dili üzrə)
  • Tərcümə (Fars dili üzrə)

Bənzər yazılar