Dərc olunub: 03.08.2023

Sabah 2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qəbul imtahanı keçiriləcək. İmtahan saat 10:30-da başlanacaq.

Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, qəbul imtahanı abituriyentin təhsil aldığı bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılacaq.

İmtahana 49 imtahan nəzarətçisi cəlb olunacaq.

Xatırladaq ki, UFAZ məzunları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Fransanın Strasburq Universitetinin diplomlarını alır. UFAZ-ın bakalavr səviyyəsində təhsil üçün təklif edilən ixtisaslar bunlardır: kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer), neft və qaz mühəndisliyi (35 yer).

Bənzər yazılar