Dərc olunub: 08.08.2023

Bu gün Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı apellyasiya müraciətlərinə baxılır.

Bu barədə  UFAZ-dan məlumat verilib.

İmtahanda 372 nəfər iştirak edib. Onlar riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi elmi dünyagörüşü üzrə sualları cavablandırıblar. İmtahanda ən çox bal toplamış 160 namizəd UFAZ-a qəbul olunacaq.

Bənzər yazılar