Ümumi (9 illik) orta təhsil bazasında özəl orta ixtisas təhsili müəssisələrinə (kolleclər) Azərbaycan bölməsi üzrə 320, rus bölməsi üzrə 20 nəfər olmaqla cəmi 340 abituriyent qəbul olub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, özəl orta ixtisas təhsili müəssisələri üçün qəbul planı 100 faiz dolub. Belə ki, özəl kolleclərə qəbul üçün 340 yer ayrılıb.

Xatırladaq ki, abituriyentlər avqustun 14-ü saat 15:00-dan avqustun 23-ü saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Bənzər yazılar