Dərc olunub: 22.08.2023

 

Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilib.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi avqustun 25-i saat 15:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az/ portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, avqustun 28-dən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.

 

 

Bənzər yazılar