Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a bildirilib ki, bu gün saat 11:45-ə olan məlumata görə, 47 min 262 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi avqustun 28-dək aparılacaq.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Bakıda yerləşən 6 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir. “Abituriyent Məsləhət Mərkəzləri”nin ünvanları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Bənzər yazılar