23-24 avqust 2023-cü il tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Səriştə tələblərinə uyğun olaraq vəzifə təlimatlarının və profillərinin işlənib hazırlanması” mövzusunda DİM və dövlət orqanlarının nümayəndələri olmaqla ümumilikdə 35 nəfərin iştirak etdiyi təlim keçirilib.

Mektebgushesi.az xəbər verir ki, təlim zamanı layihənin ekspertləri Gülzar Quliyeva və Kristina Jakubaitytė-Revutienė tərəfindən səriştələrə əsaslanan vəzifə profillərinin hazırlanması qaydası, vəzifə profillərinin təkmilləşdirilməsi prinsipləri, vəzifə profilinin dövlət qulluğu ilə əlaqəli digər proseslərlə inteqrasiyasını əhatə edən təqdimatlar nümayiş olunub və iştirakçılarla bu mövzular ətrafında geniş müzakirələr aparılıb.

Fərdi və qrup tapşırıqları, qrup müzakirəsi, məsələlərə dair praktik həllərin hazırlanması kimi interaktiv metodların istifadə edildiyi təlimdə iştirakçılar vəzifə təlimatlarının və profillərinin işlənib hazırlanması çərçivəsində səriştə tələblərini tətbiq etmək imkanların barədə məlumat əldə ediblər.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.

Bənzər yazılar