Avqustun 25-də ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov xaricdə yay məktəbini uğurla başa vuran tələbələrlə görüşüb.
ADNSU tələbələri -Yusufov Rolan, Ələkbərova Leyla, Məmmədov Yunis və Əsgərli Rauf 2022/2023-cü tədris ilində Estoniya, Finlandiyaya və Rusiyada keçirilən Yay məktəblərində uğurla iştirak ediblər.
Xarici ölkələrdə Yay məktəbini uğurla başa vuran tələbələrlə görüşdə Beynəlxalq Əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova tələbələrin keçdiyi yay məktəbi, icra etdikləri proqramlar və layihələr haqqında məlumat verib.
Sonra dosent Vazeh Əskərov tələbələri təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib və qeyd edib ki, belə yay məktəblərində iştirak gənclərin gələcək fəaliyyəti üçün çox əhəmiyyətlidir.
Tələbələr onlar üçün yaradılan şəraitə görə rəhbərliyə minnətdarlıq edərək razılıqlarını bildiriblər.

Bənzər yazılar