Dərc olunub: 01.09.2023

 

“Ənənəvi qiymətləndirmə ilə fikrimizi ifadə etsək, deyə bilərik ki, 2 qiymətlə ali məktəblərə qəbul olunanlar var”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspertin sözlərinə görə, bu il keçid balı aşağı düşüb:
“Bu il keçid balları çox aşağı olub. Məsələn, ən yaxşı halda ötən il 300 balla texniki fənlərə qəbul oluna bilməyənlər, bu il 200 balla ali məktəblərə qəbul olunub. Yenə də qəbul imtahanı öncəsi narahatılıq keçirən valideynlərin əksəriyyəti Rusiyaya, Türkiyəyə üz tutub. Hətta müharibə getdiyinə baxmayaraq, Ukraynaya gedən tələbələr olub”.

Məzahir Məmmədli hesab edir ki, artıq ali məktəblərə qəbul qaydalarının sadələşdirilməsinin vaxtıdır:
“Abutiriyenti bu qədər sıxmaq sonra yaxşı nəticə vermir. Təhsilin keyfiyyəti aşağı düşür və ən acınacaqlısı odur ki, ümumiyyətlə, qəbul sistemi elə ağırlaşdırılır ki, az şansları olanlar ali məktəbdən kənarda qalır. Onlar da məcbur olub başqa ölkələrə üz tutur. Hesab edirəm ki, bu il ciddi siqnal olacaq”.
Bahar Rüstəmli

Bənzər yazılar