Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin dosenti Zülfiyyə Kərimova “T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşəbbüsü və Estoniya Təhsil Akademiyasının dəstəyi ilə Estoniya və Finlandiyada məktəb təcrübəsi ilə əlaqədar layihədə iştirak edib.
ADPU-dan bildirilib ki, layihənin məqsədi Estoniya və Finlandiya təhsil sistemlərində qabaqcıl təcrübənin izlənilməsi və öyrənilməsidir.
Qeyd edək ki, Estoniya və Finlandiya təhsil sistemi dünyada seçilmiş təhsil sistemlərindəndir.