Dərc olunub: 05.09.2023

 

Sentyabrın 5-i saat 12:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq. Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a  bildirilib ki, namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər sentyabrın 7-si saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsi ləğv olunan şəxslər cari il təşkil edilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaqlar.

Bənzər yazılar