Sentyabrın 6-da Azərbaycan Dövlət neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov ABŞ-ın Hyuston şəhərində Kəşfiyat Geofizikləri Cəmiyyəti (Society of Exploration Geophysicists) və Amerika Neft Geoloqları Assosiasiyasının (Amnerican Association of Petroleum Geologists – AAPG) ev sahibliyi etdiyi Beynəlxalq Konfransda iştirak edən SABAH qruplarının Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri – Cavid Əliyev və Çingiz Əsgərli ilə görüşüb.
Dosent Vazeh Əskərov Beynəlxalq Konfransında ölkəmizi və universiteti layiqincə təmsil etdikləri üçün tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, ADNSU/ SABAH qruplarının 2 nəfər tələbəsi – Cavid Əliyev və Çingiz Əsgərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-da keçirilən 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxaql Konfransda iştirak edərək geniş məruzələrlə çıxış ediblər.
Onlar ADNSU və UFAZ adından Azərbaycanı layiqincə təmsil ediblər və 2022-2023-cü illər üzrə ABŞ Kəşfiyyatçı Geofizikləri Cəmiyyəti (SEG) tərəfindən ilin ən yaxşı tələbə bölməsi mükafatına layiq görülüblər.

Bənzər yazılar