Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında son 4 ildə görülən işlərlə bağlı filialın Heydər Əliyev Lektoriyasında tədbir keçirilib.

Giriş nitqi ilə çıxış edən direktor f.e.d. Yusif Alıyev əməkdaşları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək qeyd etdi ki, bu müddət ərzində bir sıra uğurlu nəticələr əldə edilib. Kollektiv arasında sağlam mühit təşkil olunub, heyət filial nəaliyyətləri uğrunda çalışır. Filialda gənclər hərəkatı önəm daşıyır.

Direktor vurğulayıb ki, bugün əldə edilən uğurlar kollektivlə birgə əməyin sayəsindədir. Bütün kollektiv, başda rəhbərlik olmaqla əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin ətrafında inamlı addımlar atmaq üçün səy göstərir.

Sonra çıxış edənlər bildirdilər ki, filialda mədəni-əxlaqi, sosial-psixoloji mühit yaradılıb. Filial şimal regionunda mədəniyyət mərkəzi kimi tanınır Bundan sonra da bu istiqamətdə işlər sürətlə davam etdiriləcəkdir.

Bənzər yazılar