Dərc olunub: 07.09.2023

 

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu – Xaqan Abdullazadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibləri sırasında yer alıb. Bununla yanaşı, BMU məzunu BP şirkətindən iş təklifi alıb.

Belə ki, X.Abdullazadə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Şefild Universtetində (“Advanced Mechanical Engineering” ixtisası üzrə), həmçinin İngiltərənin Vorvik Universteti ilə Azərbaycan Neft və Sənaye Universtetinin birgə ikili diplom proqramı çərçivəsində (“Renewable Energy” ixtisası üzrə) magistr təhsili almaq şansı əldə edib.

BMU məzunun seçimi BP şirkətində çalışmaqla bərabər, təhsilini Vorvik Universteti ilə icra olunan ikili diplom proqramı üzrə davam etdirmək olub.

2018-ci ildə 567 balla BMU-nun Mexanika mühəndiliyi (tədris ingilis dilində) ixtisasına qəbul olan X.Abdullazadə 2023-cü ildə qrup birincisi olaraq bakalavr təhsilini başa vurub. O, 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutan BMU-nun “RED” komandasının üzvü olub.

Bənzər yazılar