Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib.

Tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçənlər sentyabrın 7–11-də aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə məktəbinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

•attestatın əsli;

•sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

•sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

•şəxsiyyət vəsiqəsinin surəti;

•3×4 sm ölçüdə dörd ədəd fotoşəkil;

•hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

•güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qeyd edilən tarixlərdə qeydiyyatdan keçməmək və ya sənədləri tam təqdim etməmək həmin ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 30000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.

Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılıb.

Bənzər yazılar