Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davamiyyətsizlik və zorakılığa qarşı mübarizə çərçivəsində şagirdlərin əvəzinə siniflərə robotların göndərilməsini təklif edib.

Noyabr ayından etibarən hündürlüyü bir metrdən çox olmayan özüyeriyən robotların təhsil müəssisələrinə göndərilməsi təklif olunub.

Məlumata görə, robot müstəqil şəkildə sinifdən-sinifə keçəcək və şagird özü onu uzaqdan idarə edəcək.

Bildirilir ki, şagirdlərin idarə etdiyi robotlardan istifadə ideyası ölkə hakimiyyətinin məktəbdən yayınma hallarının sayının artması ilə bağlı narahatlığı fonunda yaranıb. Həmçinin, məktəblilər həmyaşıdları tərəfindən təqib və təhqirlərə məruz qaldıqları üçün belə addım atılması təklif olunub.

“Bu robotlarla ünsiyyət tamamilə real deyil, lakin bu, hələ də özünə inamı olmayan və başqaları ilə ünsiyyətdən qorxan uşaqlara müəyyən reallıq hissi verə bilər. Ümid edirik ki, bu, həmin uşaqlara qorxularının öhdəsindən gəlməyə kömək edəcək”, – deyə şəhər sözçüsü Maki Yoşizato bildirib.

Mənbə: iz.ru

Bənzər yazılar