Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.

BDU-ya qəbul olan abituriyentlər sentyabrın 5-dən portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçirlər.

Bu günə qədər 4343 abituriyent qeydiyyat prosesindən keçib.

Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Bənzər yazılar