Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin builki məzunları hər il olduğu kimi bu ildə ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr əldə edib.

Liseyin direktoru Sevinc Orucovanın verdiyi məlumata görə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına liseyin buil 78 nəfər məzunu olub. Onlardan 77 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Sevindirici haldır ki, sənəd verən məzunların hər biri tələbə adını qazanıb.

Onu da qeyd edək ki, məzunlardan 6 nəfəri liseyi fərqlənmə attestatı ilə bitirib. Bundan başqa liseyin məzunlarından 6 nəfəri 600-dən çox, 19 nəfəri isə 500- dən yuxarı bal toplayıb. Məzunlardan Gülarə Həsənli 650 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub.

İstər fənn olimpiadalarında, istərsə də digər müsabiqə və yarışlarda həmişə yüksək nəticələr əldə edən liseyin kollektivi yeni tədris ilində də qarşıya böyük hədəflər qoyub.

Bənzər yazılar