Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının müəllimi Xumarə Qəhrəmanlı 30 avqust – 3 sentyabr aralığında baş tutan “Teknofest 2023” Ankara Girişim Yarışmasının finalçısı olub. Layihə metadünyada unikal təhsil məkanı və alətləri yaradaraq təhsilə inqilabi yeniliklər gətirməyi hədəfləyən “Google for Startups”, “Microsoft for Startups” kimi müxtəlif proqramların dəstəyi ilə inkişaf etməkdə olan qabaqcıl təhsil texnologiyası startapıdır. Unikal rəqəmsal təhsil platforma vasitəsilə istifadəçilər virtual reallıq eynəkləri, kompüter və mobil cihazları vasitəsilə dünyanın istənilən yerindən interaktiv, maraqlı və əyləncəli tədris – öyrənmə və öyrətmə prosesinə qoşula bilərlər.

Eyni zamanda ADPU-nun SABAH qruplarının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının məzunu, hazırda ADPU-da “İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr tələbəsi olanm Raya Həsənova və ADPU-nun SABAH qruplarının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Elmira Poladova da komanda yoldaşları ilə birgə festivalın finalına yüksəlmiş kənd təsərrüfatının rəqəmsallaşdırılmasına əsaslanan “Azirrigation” layihəsi ilə iştirak ediblər.

Finalçılar layihələrini Burada Türkiyə Texnoloji Takımı, “Baykar Tech” və Teknofest İdarə Heyətinin sədri Səlçuk Bayraktara və Türkiyə dövlət rəsmilərinə, festivalın hakimlərinə təqdim edərək, sualları cavablandırıblar.

Qeyd edək ki, həm ADPU-nun müəllimi Xumarə Qəhrəmanlının, həm də tələbələrin layihələri Türkiyənin və dünyanın dörd bir yanından təqdim olunan startaplar içərisində müvafiq kateqoriyalar üzrə ilk beşliyə düşüb.

Xumarə müəllimə deyir ki, biz burada təcrübə qazanaraq ilk üçlüyə düşməyi və mükafatı prezidentin özündən almağı hədəfləyirik.

Bənzər yazılar