Dərc olunub: 09.09.2023

 

Təhsil İnstitutu “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili” adlı metodik vəsait hazırlayıb.

İnstitutdan  bildirilib ki, metodik vəsaitin hazırlanmasında əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrində çalışan pedaqoji heyətə öz fənlərini və yeni məzmunu gələcəkdə tədris etmələri üçün yol göstərmək və tövsiyələr verməkdir. Vəsait müəllimlərin hazırlıq səviyyələri, yəni onların distant təhsildə rolları, öhdəlikləri, sahib olmalı olduqları bacarıqları özündə əks etdirir. Kitab, həmçinin distant təhsil zamanı fənnin dizayn edilməsi, təhsilalanlarıın fərdi ehtiyaclarının müəyyən olunması, qiymətləndirmənin aparılması, təhsilalanlarla kommunikasiyanın qurulması və s. kimi məsələlərdə müəllimlərə yol göstərir.

Bənzər yazılar