Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Enactus komandası sosial sahibkarlıq yarışması olan Enactusun milli finalında 2-ci yeri tutub.

ADNSU-dan Mektebgushesi.az -a  bildirilib ki, ümumilikdə 24 universitetin iştirak etdiyi Enactus Milli yarışında 6 universitet finala vəsiqə qazanıb.

Finalda ADNSU   komandası layiqincə çıxış edərək 2-ci yerə layiq görülüb. ADNSU komandası finalda ABC və Vecta startaplarını təqdim edib.

ABC – ALS iflic xəstəliyi olan şəxslər üçün nəzərdə tutulmuş baş hərəkətləri ilə idarə olunan əlillik arabası sistemidir.Həmçinin ALS iflic xəstəliyi olan insanlar ünsiyyət qabiliyyətlərini belə  itirdiklərindən baş hərəkətləri ilə idarə olunan ünsiyyət vasitəsidir.

Vecta – Fermerlər üçün nəzərdə tutulmuş ağıllı nəzarət sistemidir.Vecta qurğusu torpaq və hava haqqında bütün məlumatları təyin edə, torpaqın fərqli-fərqli qatlarında nəmliyini, tempraturunu, küləyin istiqamətini, sürətini ölçə bilər.Həmçinin məlumatların toplanması üçün sayt sistemidə yaradılıb.

Yarışda layiqincə iştirak etmiş komanda üzvləri: Fərid Şixiyev, Rüfət Şixiyev, Murad Səmədov, Nərgiz Qafarova, Sübhan İbrahimli, Çingiz Qurbanlı, Nərmin Qasımlı, Aqşin Səlimzadə, Qadir Əhmədov Nuri Rüstəmov və komandanın mentoru Elviz İsmayılovdur.

Bənzər yazılar