Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə əvvəlcə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video-çarx nümayiş olunub.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov birinci kursları ADNSU tələbəsi adını qazanmaları münasibətilə təbrik edib. Universitetdə tələbələrin yüksək təhsil alması üçün hər bir şəraitin olduğunu qeyd edən dosent Vazeh Əskərov onların 4 il ərzində ixtisaslı mütəxəssis kimi formalaşmasına, gənclərin milli sənayemizə və iqtisadiyyatımıza mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev isə çıxışında yeni qəbul olunmuş tələbələri universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib.
Görüşlərdə həmçinin fakültə dekanları – Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Qaz-neft mədən fakültəsinin dekanı, professor Elman İskəndərov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək ADNSU-nun tarixi, inkişaf mərhələləri, tələbələr üçün yaradılmış tədris şəraiti, imtahanlar, tədrisin təşkili, tələbə mobilliyi və digər bu kimi məsələlər haqqında tələbələrə ətraflı məlumat veriblər.

Bənzər yazılar