Dərc olunub: 11.09.2023

“Bütün tədris müəssisələri yeni tədris ilinə hazırdır”.

Bunu jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, bu il 1 milyon 850 mindən artıq dərslik yerlərə çatdırılıb. Məktəblərdə dərsliklərlə bağlı problem yoxdur.

BŞTİ müdiri qeyd edib ki, 50 məktəb və 30 bağçanın cari təmiri başa çatdırılıb: “1 məktəbdə və 5 bağçada əsaslı təmir işləri aparılıb. Bütün tədris müəssisələri yeni tədris ilinə, demək olar ki, hazırdır”.

Bənzər yazılar