Sentyabrın 11-də ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində 2023-2024-cü tədris ilinə start verilib.
Bu gündən etibarən 2, 3, 4-cü kurs bakalavr və magistratura tələbələrinin dərsləri başlayıb.
UFAZ-a bu il qəbul olan tələbələrin tədris ili isə sentyabrın 18-də start götürəcək.
Yeni tədris ilində UFAZ-da bakalavr pilləsi üzrə ümumilikdə 591 nəfər (o cümlədən 217 qız), magistratura pilləsində isə 93 (29 qız) nəfər təhsil alacaq.

Bənzər yazılar