Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov yeni tədris ilinə hazırlığın gedişatı ilə bağlı universitetin professor-müəllim heyəti ilə görüşüb.
ADNSU-nun prorektorları, dekanlar, kafedra müdirləri, həmçinin departament və şöbələrin rəhbərlərinin iştirak etdiyi görüşdə dosent Vazeh Əskərov yeni tədris ilinin başlanması münasibətilə kollektivi təbrik edərək cari tədris ilində görüləcək işlər və hədəflərlə bağlı tövsiyə və göstərişlərini verib. Bu il universitetə rekord sayda tələbə qəbul olunduğunu bildirən dosent Vazeh Əskərov tədrisdə və elmin inkişaf etdirilməsi yönündə genişmiqyaslı işlər aparılacağını kollektivin diqqətinə çatdırıb.
Sonra görüş iştirakçıları ilə yeni tədris ilində görüləcək işlər və yeniliklərlə bağlı dinləmələr və müzakirələr olub.

Bənzər yazılar