Səfər zamanı qonaqlar ADAU-nun İqtisadiyyat fakültəsində “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” layihəsi üzrə tədqiqat nəticələrinin təqdimatını keçirib.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb.

Universitetin rektoru Zəfər Qurbanov tədqiqatın nəticələrini yüksək qiymətləndirərək, bu cür araşdırmaların əhəmiyyətini diqqətə çatdırıb.

Sonra ETN İqtisadiyyat İnstitutu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

ADAU-nun İqtisadiyyat fakültəsində olan qonaqlar fakültənin maddi-texniki bazası ilə də tanış olublar.

Bənzər yazılar