Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr pilləsi üzrə birinci kursa qəbul olan tələbələrlə universitetin rəhbərliyinin görüşü fakültə və ixtisaslara uyğun olaraq sentyabrın 11-dən 14-ə qədər davam edib.

Görüşlərdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edərək universitetdə onların yüksək ixtisaslı kadr kimi formalaşması üçün yaradılan tədris mühitindən danışıb, dərs müddətində tələbələrin nəzəriyyə ilə yanaşı, təcrübə, dil və İt biliklərinin təkmilləşdirilməsinə xüsusi diqqət etməyin önəmini qeyd edib. O, qarşıdakı tədris ilində tələbələri fəal olmağa, müxtəlif layihələrdə və tələbə klublarında iştirak etməyə, universitetin yaratdığı fürsətlərdən maksimum yararlanmağa dəvət edib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tələbələri universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib. Həmçinin fakültə dekanları, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatı (TGT) rəhbərləri ADNSU-da tələbələr üçün yaradılan tədris mühiti, ixtisaslar, imtahanlar, tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və digər bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsi (İTİF) və İqtisasiyyat və menecment fakültəsi (İMF) üzrə bakalavr pilləsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüş keçirilib. Fakültə dekanları – İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, İqtisasiyyat və menecment fakültəsinin (İMF) dekanı, dosent İlham Rüstəmov tələbələrə fakültələr, tədris prosesi haqqında məlumat veriblər. Digər fakültələr üzrə qəbul olan birincilərlə görüşlər isə sentyabrın 11-dən 13-ə qədər keçirilib.

 

Bənzər yazılar