Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Universitet üzrə 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib.

Bu barədə  ADNSU-dan məlumat verilib.

Universitetdə süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə magistratura səviyyəsində təhsil verməyə başlanılıb. Yeni tədris ilindən universitetdə layihə menecmenti və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) fənləri də tədris olunacaq.

Bənzər yazılar