Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu Öndərin UĞURLU NEFT STRATEGİYASI” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli liderin xatirəsinidərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən Heydər Əliyev muzeyini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.

Universitetin Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə Ulu öndərin 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini deyib və Neftçilər günü ilə əlaqədar belə bir tədbirin keçirilməsinin universitet üçün xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin milli neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açan Vazeh Əskərov onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində Azərbaycanın inkişaf etmiş ölkə olmaqla yanaşı, həm də adını qalib ölkə kimi bütün dünyada tanıtdırdığını deyib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov öz çıxışında “Əsrin müqaviləsi”nə gedən yolunmüxtəlif çətinliklərdən və maneələrdən keçdiyini, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdığını vurğulayıb. Həmin müqavilənin ardından dünyanın 40-dan artıq neft şirkəti ilə 30-dək yeni sazişin imzalandığını qeyd edən Asif Əsgərov “Əsrin müqaviləsi”ni Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən hadisə, Azərbaycanın gələcək inkişafının və dünya buirliyi ilə tərəfdaşlığının ən həlledici amili kimi səciyyələndirib.

ADNSU-nun Qaz-neft mədən fakültəsinin professoru Qafar İsmayılov “Əsrin müqaviləsi”nin 150 illik tarixi olan Azərbaycan neft sənayesində əhəmiyyətindən danışıb, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafında xüsusi rol oynadığını qeyd edib.

Bənzər yazılar