Xəzər Universiteti “QS World University Rankings: Europe 2024”-ün ilk nəşrinə əsasən Avropanın ən yaxşı 400 universiteti arasında yer almışdır.

Sentyabrın 20-də dünyanın nüfuzlu ali təhsil reytinqlərindən biri olan QS Quacquarelli Symonds ilk dəfə olaraq Avropa universitetlərinin reytinqini açıqlayıb. Reytinq qlobal təhsil məkanında tanınma, tədqiqat nəticələri, tədris resursları, beynəlmiləlləşmə, məzunların işlə təminatı və digər göstəriciləri özündə birləşdirir.

Bu nüfuzlu reytinqdə Avropa Şurasına daxil olan 42 ölkədən 688 ali təhsil müəssisəsi qiymətləndirilib. Azərbaycandan siyahıda 8 universitet təmsil olunmuşdur. Xəzər Universiteti ümumi nəticədə 372-ci yerdə qərarlaşmaqla, Qərbi Asiya universitetləri arasında 16-cı olmuşdur.

Bununla yanaşı, Xəzər Universiteti məqaləyə sitat gətirmə üzrə Avropanın ən yaxşı 70 universiteti arasında öz mövqeyini müəyyənləşdirmiş, həmçinin, mübadilə proqramları çərçivəsində qəbul edilən tələbələr və beynəlxalq tələbə müxtəlifliyi göstəriciləri üzrə ön sırada yer almışdır.

Qeyd edə bilərik ki, ümumi reyitinqlə yanaşı,  Şərqi Avropa, Qərbi Avropa, Şimali Avropa, Cənubi Avropa və Qərbi Asiya regionları üzrə də nəticələr elan olunmuşdur.

Reytinq haqqında daha ətraflı məlumat aşağıdakı linkdə:

https://www.topuniversities.com/europe-university-rankings

 

 

Bənzər yazılar