Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi eksperti və Strasburq Universitetinin kompüter elmləri ixtisası üzrə professoru Pierre Collet tələbələrə “Süni intellektin gələcəyi” mövzusunda seminar keçib.

Bu barədə ADNSU-dan məlumat verilib.

ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan III kurs tələbələrinin iştirak etdiyi seminarda professor P.Collet süni intellektin perspektivlərindən danışıb. Professor, həmçinin süni intellekti yaratmaq üçün təsəvvür, səbəb və yaddaşın vəhdətinin vacibliyinə toxunub.

Bənzər yazılar