Dərc olunub: 25.09.2023

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr Anım Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.

İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükütla yad edildi. Filialın direktoru dosent Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, bu gün çətin, eyni zamanda, qürurverici bir gündür. Bu gün Azərbaycan xalqı özünün vətə uğrunda canından keçmiş şəhid övladlarını anır, və bu qəhrəman oğulların sayəsində torpaqlarımızın azad olunmasının sevincini yaşayır. 44 günlik Vətən Müharibəsində Azərbaycanın Ali Baş Komandanı, möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və tarixi qələbə qazandı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3000-ə yaxın vətən oğlu öz canından keçməklə 30 illik torpaq həsrətinə son qoydu. O, qeyd etdiki, bu gün şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur mənbəyimiz, qəhrəmanlıq örnəyimizdir. Nə qədər ki, Azərbaycan xalqı var, şəhidlərin xatirəsi daim əziz tutulacaqdır.

Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “ Azərbaycan dövlətinin tarixində 44 günlük Vətən müharibəsi ən şanlı səhifədir”,    Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Türkan Hüseynova “ Xalqla ordunun birliyi qələbəmizin rəhnidir” mövzusunda çıxışları dinlənildi və mövzu ətrafında müzakirələr aparıldı.

Son olaraq   filialın tələbələri Salmanlı  Səbinə, Xədicə Azaylı və Araz Qasımlı  mövzu ilə bağlı özlərinin qələmə aldıqları şeirləri səsləndirdilər.

 

Bənzər yazılar