Dərc olunub: 02.10.2023

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fakültələr üzrə görüşlər təşkil olunub.

Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşlərdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov 2023-2024-cü tədris ilində qarşıda duran məsələlərdən, yeni hədəflərdən, həmçinin tədris və imtahan prosesinin təşkilindən danışıb. O, elmi məqalələrin optimallaşdırılması, fakültələr üzrə tədrisə müasir yanaşmaların tətbiq olunması, laboratoriyaların maddi-texniki bazasının təkmilləşdirilməsi və bir sıra bu kimi məsələlərə diqqətin artırılmasının vacibliyini bildirib.

Sonra fakültə əməkdaşlarının rəy və təklifləri dinlənilib, tədrisin təkmilləşdirilməsi və yeniliklərin tətbiqi ilə bağlı müzakirələr aparılıb.

V.Əskərov müəyyənləşdirilən hədəflərlə bağlı tövsiyələrini verib.

Bənzər yazılar