Dərc olunub: 04.10.2023
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi ilə nüfuzlu “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi və Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, 20-dən çox ali təhsil müəssisəsinin və “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyinin nümayəndələri iştirak ediblər.
Görüşdə “QS QUACQUARELLI SYMONDS”in nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və QS reytinq nəticələri əsasında müxtəlif kateqoriyalar üzrə Azərbaycan ATM-lərinin mövcud vəziyyətinə dair müqayisəli şəkildə geniş məlumat verilib. BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov BDU-da QS reytinqində irəliləmə istiqamətində görülən işlərə dair təqdimatla çıxış edib.
Daha sonra isə Reytinq Agentliyinin nümayəndələri ali təhsil müəsissələrinin əməkdaşlarını maraqlandıran sualları cavablandırıblar.

Bənzər yazılar